“McLaren” pilotu ilə müqavilənin müddətini uzatdı

“McLaren” pilotu ilə müqavilənin müddətini uzatdı

Formula 1 üzrə dünya çempionatında çıxış edən “McLaren” komandası pilotu Oskar Piastri ilə yeni müqavilə bağlayıb. Avstraliyalı sürücü ilə yeni müqavilənin müddəti 2026-cı ilin sonuna qədər uzadılıb. Bununla bağlı açıqlama verən “McLaren”in baş direktoru Zak Braun deyib: “Oskarla əməkdaşlığımızın 2026-cı ilin sonuna qədər davam edəcəyi üçün çox sevinirəm. O, çox istedadlıdır və komandamız üçün dəyərlidir. Oskar bu mövsüm dönüş yaratmağımızda böyük rol oynadı”.

Qeyd edək ki, Böyük Britaniya komandası bir müddət əvvəl digər pilotu Lando Norrislə də 2026-cı ilin sonuna qədər müqavilə başğlayıb.