Qazaxıstanın Almatı şəhərində kyokuşin-kan üzrə dünya çempionatı keçirilib. Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Millimiz yarışda Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında iştirak edib. Yarışda 14-15 yaş qrupunda ölkəmizi təmsil edən Nəzrin Hacıyeva (45 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Komandamızın digər üzvü Cəmil Kazımlı (+65 kq) da fəxri kürsüdə yer almağa müvəffəq olub. Dünya Qran-prisinin gümüş medalçısı bu dəfə bürünc medalla kifayətlənib.
Dünya çempionatı bir qızıl və bir gümüş medalla yadda qaldı