Azərbaycan Karate Federasiyasının idmançısı Elşanə Rüstəmzadə Qazaxıstanda keçirilən kyokuşin-kan növündə bürünc medala sahib çıxıb. Xanım idmançımız 50 kq çəki dərəcəsində bu mükafata layiq görülüb. Xatırladaq ki, buna qədər Nəzrin Hacıyeva mundialın qızıl, Dünya Qran Prisinin gümüş medalçısı Cəmil Kazımlı isə 3-cü yeri tutmuşdu.