Yardımlıda “İdman hamı üçün” layihəsi çərçivəsində kontakt karate idman növü üzrə nümunəvi çıxışlar olub. 22 idmançının iştirakı ilə keçirilən tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yardımlı Olimpiya İdman Kompleksində baş tutub.
Tədbirin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliği, rayonda gənclər arasında idmana marağın artırılması, həmçinin kütləviliyin təmin edilməsindən ibarət olub.