Dekabrın 4-dən 18-dək Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-prisi keçiriləcək.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məl, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək.Turnirdə Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar.
Qadınlardan Nazilə İsmayılova (49 kq), kişilərdən Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq) mübarizə aparacaqlar.