“Əsl yarış avtomobili necə olmalıdır?”

“Əsl yarış avtomobili necə olmalıdır?”

 

Keçmiş Formula 1 sürücüsü Robert Kubitsa Formula E dünya çempionatı ilə bağlı danışıb. “Mən Formula E ilə maraqlanıram? Elektrik yarışları seriyasından bir neçə fərqli təklif aldım. Təkliflərin bəziləri maliyyə baxımından kifayət qədər ciddi idi. Amma həmişə bu yarışlardan imtina etmişəm. Yox və yenə yox! Düşünürəm ki, əsl yarış avtomobili yüksək səsli və benzin qoxulu olmalıdır. Qeyd edək ki, 2023-cü il mövsümündə 38 yaşlı polşalı pilot WEC marafon seriyasının LMP2 sinfində titul qazanıb. Xatırladaq ki, Formula E-də yalnız elektromobillər yarışır.