Dünyanın 11-ci raketkasi, 27 yaşlı braziliyalı tennisçi Beatris Haddad-Maya GQ Brasil tərəfindən “İlin qadını” adına layiq görülüb. İdmançının fotosu jurnalın üz qabığında yerləşdirilib. 2023-cü ildə Haddad-Maya Madriddə belaruslu Viktoriya Azarenka ilə birlikdə cütlüklərdə ilk WTA-1000 turnirinin qalibi olub fərdi yarışlarda – “Roland Qarros”da yarımfinalçı və Zhuhaidə keçirilən WTA Kiçik Final-2023-ün qızıl mükafatçısı adını qazanıb. O, “Kiçik final” turnirində braziliyalı amerikalı Medison Keys, fransalı Karolin Qarsiya və rusiyalı Daria Kasatkina kimi tennisçiləri məğlub edib.
“Sambanın vətəni”ndə “İlin qadını” seçildi