Karateçilərimiz Premyer Liqa turnirinə yollanıblar 

Karateçilərimiz Premyer Liqa turnirinə yollanıblar 

Yanvarın 26-28-də Fransanın paytaxtı Parisdə karate üzrə Premyer Liqa turniri keçiriləcək. Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda milli komandamızın üzvləri də qüvvələrini sınayacaqlar. Komandamız nüfuzlu yarışa Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov və federasiyanın idarə heyətinin üzvü Yaşar Bəşirovun rəhbərliyi altında 7 idmançı ilə yollanıb. 

Yığmamız Parisdə kişilərin mübarizəsində Tural Ağalarzadə, Əminağa Quliyev, Asiman Qurbanlı, Turqut Həsənov, Fərid Savadov, qızların yarışında isə Mədinə Sadıqova və Fidan Teymurova ilə təmsil olunacaq. Yarışa həmçinin məşqçilər Qurban Tağıyev, Şahin Xudaverdiyev, hakimlərdən Cahangir Babayev və Vüqar Kərimov da yollanıblar. 

Karateçilərimiz Premyer Liqa turnirinə yollanıblar