Nazir “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub

Nazir “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov Lənkəran şəhərinə səfəri çərçivəsində “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub. Nazir idman zalına baxış zamanı buradakı şərait və qarşıda duran işlərlə maraqlanıb.

O, klubun təsisçisi olan Vətən müharibəsi veteranı Vəliəhəd Vəliyev və məşqçi Şakir Vəliyevlə fikir mübadiləsi aparıb.

F.Qayıbov, həmçinin idmançıların məşq prosesini izləyib, onlarla söhbət edib.