Olimpiya mükafatçımız vitse-prezident vəzifəsinə təyin olundu

Olimpiya mükafatçımız vitse-prezident vəzifəsinə təyin olundu

Rafael Ağayev və Qurban Tağıyev Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunublar.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, digər dəyişiklik isə yığma komandamızla bağlıdır. Belə ki, Şahin Atamov kişilərdən ibarət millinin baş məşqçisi təyin edilib. Ona Niyazi Əliyev və Rəşad Hüseynov kömək edəcəklər.