UFC rəhbəri onları fərqləndirdi

UFC rəhbəri onları fərqləndirdi


UFC prezidenti Dana Uayt bütün dövrlərin ən sevimli idmançıları bağlı sualı cavablandırıb. O, Konor Makqreqor, Ronda Rousi və Çak Liddellin adlarını çəkib. “Sevimli döyüşçünün kim olduğunu söyləmək çətindir. Konor inanılmaz tərəfdaşdır. Adətən onunla qarışılaşan super ulduzlar özlərini tamamilə eqoist aparırlar. Amma bu adamın biznes anlayışı möhtəşəmdir. Beləliklə, Konor mənim sevimli döyüşçülərimdən biridir. Ronda Rouzini də deyəcəm. O, yəqin ki, indiyə qədər işlədiyim ən yaxşılardandır. Üstəlik, mənim Çak Liddelllə inanılmaz xoş münasibətim var» - UFC rəhbəri bildirib.