“Alüminiumçu” İdman Evi əsaslı təmir edilib

“Alüminiumçu” İdman Evi əsaslı təmir edilib

Sumqayıt şəhərində yerləşən “Alüminiumçu” İdman Evi əsaslı təmir edilib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bərpa prosesi 2023-cü ilin iyun ayından başlayıb.
Güləş mərkəzində idman zalı, məşqçi otaqları və sanitar qovşaq təmir olunub. Eyni zamanda, arenada müasir standartlara cavab verən 2 dəst güləş xalçası yerləşdirilib. Beləliklə, “Alüminiumçu” İdman Evində yüksək səviyyədə təlim-məşq proseslərinin keçirilməsi üçün lazımi şərait yaradılıb.
Güləş mərkəzinin əsaslı təmirindən sonra burada ilk məşq prosesi də keçirilib. 
Qeyd edək ki, “Alüminiumçu” İdman Evində Rövşən Hacıyev, Kənan Quliyev, Emin Bəşirov, Ruslan Eminov, Seymur Qasımov, Nurəddin Rəcəbov, Hüsaməddin Rəcəbov, Elnur Aslanov, Arif Mehdiyev, Ümid Məmmədov, Etibar Qurbanov, Nofəl Babayev, Ceyhun Əliyev, Hüseyn Abbasov, İslam Abbasov və Murad Məmmədov kimi Avropa və dünya arenalarında medallar qazanmış güləşçilər yetişib və yetişməkdədir.