Solt-Leyk-Siti Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə verib

Solt-Leyk-Siti Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə verib

ABŞ-ın Solt-Leyk-Siti şəhəri 2034-cü ildə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə verib. 

Beynəlxalq Olimpiya Komitəsinin komissiyası yarışa hazırlığı qiymətləndirmək üçün aprelin 9-dan 13-dək şəhərə səfər edəcək.

Solt-Leyk-Siti hazırda bu turniri təşkil etmək üçün yeganə namizəddir. Yuta ştatının paytaxtı 2002-ci ildə də Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.