Sena çayı Paris-2024-ün açılış mərasiminin məşqlərinə mane oldu

Sena çayı Paris-2024-ün açılış mərasiminin məşqlərinə mane oldu

Aprelin 8-də Parisdə planlaşdırılan Yay Olimpiya Oyunlarının açılış mərasiminin məşqi Sena çayında suyun səviyyəsinin yüksək olması səbəbindən təxirə salınıb. Bu barədə "Le Parisien" nəşri xəbər verib.

Qeyd olunur ki, Senanın hündürlüyü böyük gəmilərin körpülərin altından normal sürətlə keçməsinə imkan verməyib. Məşqlərin vaxtı dəyişərək, mayın 27-i tarixinə planlaşdırılıb.

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.