Boksçularımız təlim-məşq toplanışında iştirak edirlər

Boksçularımız təlim-məşq toplanışında iştirak edirlər

Kişi boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 10 gün davam edəcək hazırlıq prosesi Bolqarıstanın paytaxtı Sofiyada keçirilir.

Toplanışda baş məşqçi Pedro Roke, böyük məşqçi Nəriman Abdullayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Məsud Yusifzadə (51 kq), Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) iştirak edir.

Təlim-məşq toplanışı Avropa çempionatı və Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq məqsədi daşıyır.