Paris-2024-ə lisenziya qazanan Turan Bayramovdan qələbə şərhi

Paris-2024-ə lisenziya qazanan Turan Bayramovdan qələbə şərhi

“Avropa Olimpiya Təsnifat Turnirinə yüksək səviyyədə hazırlaşmışdım. Bunun nəticəsində italiyalı Frank Çamizoya qalib gəldim”

Bu sözləri Bakıda təşkil olunan Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan sərbəst güləşçimiz Turan Bayramov jurnalistlərə açıqlamasında deyib.

74 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız italiyalı rəqibinə son saniyələrdə qalib gəldiyini bildirib.

"Yarış Azərbaycanda keçirildiyi üçün turnirə ikiqat motivasiya ilə hazırlaşırdım. Dünya çempionatında sona 3 saniyə qalmış lisenziyanı əldən vermişdim. Burada isə əksinə, sona 3 saniyə qalmış lisenziya qazandım. İtaliyalı rəqibim çox güclü güləşçidir. Ona London Olimpiadasında Toğrul Əsgərov qalib gəlmişdi”.

Xatırladaq ki, güləşçimiz daha əvvəl təsnifat mərhələsindəTobias Portmannı (İsveçrə), 1/4 finalda Zurab Karpayevi, yarımfinalda isə Frank Çamizonu (İtaliya) məğlub edib.