Karateçilərimiz Rusiyadan 4 medalla qayıdırlar

Karateçilərimiz Rusiyadan 4 medalla qayıdırlar

Azərbaycan karateçiləri Rusiyanın Novosibirsk vilayətində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, fərdi kumite yarışında iştirak edən idmançılarımızdan Əminağa Quliyev (60 kq) qızıl medala layiq görülüb. Hüseyn Məmmədli (67 kq) və Murad Hacızadə (84 kq) isə bürünc medala sahib çıxıblar.

Kata yarışında isə Ramilə Heydərova gümüş medal qazanıb.