Olimpiya çempionu 20 ildən sonra Afinaya məşəlçi kimi qayıdıb

Olimpiya çempionu 20 ildən sonra Afinaya məşəlçi kimi qayıdıb

Afina-2004-cü Yay Olimpiya Oyunlarında üzgüçülük üzrə qızıl medalın fransalı sahibi Laure Manadu Paris-2024-ün ilk məşəlçisi olacaq. O, Afinadakı məşəlin alovlandırılmasında iştirak edəcək. “Afinaya yenidən qayıtmışam. Amma həyəcanlıyam. Nəzərə alsaq ki, 20 il əvvəl Afinada Olimpiya çempionu olmuşam, bura yenidən qayıtmağım rəmzi xarakter dayışır. Məşəlin məsuliyyətini yaxşı hiss edirəm. 400 metr piyada getməliyəm, bu asan olmayacaq”, - RMC Sport Manadudan sitat gətirir.

Qeyd edək ki, Olimpiya məşəli estafeti əvvəlcə Yunanıstandan keçəcək və aprelin 26-da Oyunların simvolu Afinaya gələcək. Ölkənin paytaxtında Fransa nümayəndə heyətinə təhvil veriləcək. Növbəti gün yanğın üç dirəkli "Belem" gəmisi ilə Marselə yol alacaq.