“Mercedes-Benz” şirkəti yeni “Mercedes-AMG C 63 S E Performance” modelini təqdim edi. Avtomobil dörd silindrli hibrid mühərriklə təchiz edilib. Şirkətdən bildirilib ki, bu avtobildə dünyada istehsal edilən ən güclü dörd silindrli mühərrik yer alıb. “Mercedes-AMG C 63 S E Performance”nin daxiliyanma mühərrikinin iş həcmi iki litr, elektrik mühərriki ilə birlikdə 671 at gücünə malikdir.
Mühərrik dizaynında Formula 1-də hazırlanmış texnologiyalardan istifadə edilib. Belə ki, avtomobil işlənmiş qazlarla işləyən elektrik turbini ilə təchiz olunub. Qeyd edilir ki, avtomobil 3,3 saniyəyə 97 km/saat sürət yığır.