Dünya çempionatının enerji sponsoru qələmi əlinə götürdü

Dünya çempionatının enerji sponsoru qələmi əlinə götürdü

Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco" Beynəlxalq Futbol Federasiyası (FİFA) ilə 4 illik müqavilə imzalayıb. Şirkət bu müqaviləyə əsasən 2026-cı il FİFA Dünya çempionatı və 2027-ci il qadınlararası Dünya Çempionatına sponsorluq edəcək. Bu barədə “Saudi Aramco” şirkəti bəyanat yayıb.

Bəyanata əsasən «Saudi Aramco»nun 2027-ci ilin sonuna qədər qüvvədə olacaq müqaviləsi innovasiya və inkişafa dair ortaq öhdəlik üzərində qurulub. Aramco həmçinin FİFA ilə innovasiyalar üzərində işləməyi planlaşdırır ki, şirkətin təcrübəsi və texnologiyası bütün dünyada futbol tədbirlərinə cavab vermiş olsun.