Yeni "Rolls-Royce" karbonla əhatələnib - FOTO

Yeni "Rolls-Royce" karbonla əhatələnib - FOTO

«Mansory» tüninq şirkəti elektrikli kupesi olan «Rolls-Royce Spectre»ni təqdim edib. Texniki nöqteyi-nəzərdən elektromobil heç bir dəyişikliyə məruz qalmasa da, qeyri-adi aqressiv görünüşə malik olub. Avtomobilin kuzovu karbon lifindən istifadə edilməklə yenidən işlənib. Bundan əlavə, arxada güclü diffuzor, qanadlarda hava girişləri meydana çıxıb. Bütün bu komponentlər karbon lifindən hazırlanıb. Avtomobilin ümumi gücü 585 at gücü olan iki elektrik mühərriki var. WLTP dövrünə görə bir akkumulyatorun doldurulma məsafəsi 517 kilometrdir.

 

Yeni "Rolls-Royce" karbonla əhatələnib - FOTO Yeni "Rolls-Royce" karbonla əhatələnib - FOTO