Premyer Liqa: "zirə" minimal hesablı qələbə ilə ikinci pilləyə yüksəldi

Premyer Liqa: "zirə" minimal hesablı qələbə ilə ikinci pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü turun daha bir oyunu keçirilib. Günün ilk matçında "Zirə" və "Turan Tovuz" klubları üz-üzə gəlib. Oyun qəsəbə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 2:1. "Qartallar"ın heyətində 14-cü dəqiqədə Salifu Suma, 70-ci dəqiqədə Sezar Meza Kolli qol müəllifi olub.

Meydan sahiblərinin heyətində isə Fərid Nəbiyev 52-ci dəqiqədə fərqlənməklə komandasının yeganə qolunu vurub. 90+8-ci dəqiqədə Roderik Miller birbaşa qırmızı vərəqə alaraq "Turan Tovuz"u azlıqda qoyub.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. Tovuz təmsilçisi 42 xalla yeddincidir.