Qrossmeysterimz “Şarja Masters” beynəlxalq şahmat turnirində iştirak edəcək 

Qrossmeysterimz “Şarja Masters” beynəlxalq şahmat turnirində iştirak edəcək 

Birləşmiş Ərəb Əmirliklərində ənənəvi “Şarja Masters” beynəlxalq şahmat turniri keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mayın 14-də start götürəcək yarışda ölkəmizi Teymur Rəcəbovla təmsil edəcək.

Qeyd edək ki, təşkilatçılar tərəfindən hazırlanan “Şarja Masters”in afişasında Azərbaycan şahmatçısı Teymur Rəcəbov da yer alıb. Turnirə mayın 22-də yekun vurulacaq.