Zelim Kotsoyev: “Əsas məqsədim Olimpiya Oyunlarında da bu uğuru təkrarlamaqdır” - MÜSAHİBƏ
BOK
29.05.2024, 13:42
Cüdo üzrə milli komandamız Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatından iki qızıl medalla qayıtdı. Azərbaycan 11 ildən sonra dünya çempionatları tarixində növbəti qızıl medallarını qazandı. Komandamızın heyətində yarışın ilk günündə “Neftçi” İdman Klubu İB-in üzvü Hidayət Heydərov çempion adına sahib çıxdı. Fərdi yarışların son günündə isə “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev növbəti qızıl medalı komandamızın aktivinə yazdırdı.
Bu günlərdə Zelim Kotsoyevlə əlaqə saxlayaraq, idmançımızın Əbu-Dabidəki uğurlu çıxışı və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı barədə danışdıq. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Zelim, çempionluq münasibəti ilə səni təbrik edirik. İstərdik qələbə təəssüratlarını bizimlə bölüşəsən.
- Çox sevincliyəm. Sevincimdən iki gündür ki, yata bilmirəm. Mən bunu bacardım. Azərbaycan üçün dünya çempionatının qızıl medalını qazandım. Bu hissləri sözlə ifadə edə bilmirəm. Həqiqətən də inanılmaz hisslərdir. Yarış başa çatdıqdan sonra millinin baş məşqçisi Riçard Trautmanı qucaqladım. Tribunalara yaxınlaşanda məşqçim Elxan Məmmədov və digər komanda yoldaşlarım məni təbrik etdi. Həmin an özümdə deyildim. Qazandığım uğura görə, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə, məşqçilərə, həkimlərə, masajçılara minnətdarlığımı bildirirəm. Biz böyük bir ailəyik. Hər zaman bir-birimizə dəstək oluruq. Komandamızda çox yaxşı ab-hava var.
- Keçirdiyin görüşlər arasında ən çətin rəqibin kim oldu?
- Əslində, bütün görüşlərim gərgin keçdi. Amma mənim üçün ən çətin rəqib 1/4 finalda qarşılaşdığım ikiqat dünya çempionu gürcü əsilli ispaniyalı cüdoçu idi. Onunla iki dəfə qarşılaşmışam və hər ikisində də qalib gəlmişəm. Onunla keçirdiyim görüşlər hər zaman gərgin olur. Budəfəki mübarizəmiz də istisna olmadı. Taktiki hazırlığım sayəsində bu çətin mübarizədən qələbə ilə ayrıldım. Həmçinin final görüşümdə də psixoloji cəhətdən gərgin idim. Görüşün əvvəllərindən üstünlüyü ələ keçirdim. Beynimdə çoxlu fikirlər var idi. Zaman isə sanki getmirdi. Sonda yüksək hazırlığım sayəsində qələbə qazanaraq, çempion adına sahib çıxdım.
- 11 il sonra şəxsi məşqçin Elxan Məmmədovun Rio-de Janeyrodakı nailiyyətini təkrarlayaraq qızıl medal qazandın. Özü də onun çıxış etdiyi -100 kq çəki dərəcəsində.
- Hər zaman dünya və Avropa çempionu olan məşqçim Elxan Məmmədovdan örnək götürmüşəm. Onun nəticəsini təkrarlayaraq dünya çempionu olmaq istəyirdim. Həm atam, həm də Elxan müəllim bu yolda məni çox dəstəkləyib. Buna qədər Avropa çempionu adını qazanmışdım. Dünya çempionatlarında isə iki dəfə ardıcıl olaraq bürünc medala sahib çıxmışdım. Düşünürdüm ki, bu dəfə artıq qızıl medal qazanmağın vaxtı idi.
- Səndən əvvəl komanda yoldaşın Hidayət dünya çempionu tituluna sahib çıxdı. Yəqin ki, onun əldə etdiyi bu uğur da sənə stimul oldu?
- Hidayət mənim dostumdur. Biz hələ gənclərin yarışında iştirak etdiyimiz vaxtlarda bir çox səfərlərdə olmuşuq. O, hər zaman məndən əvvəl mübarizə aparır. Bu dəfə də məndən əvvəl tatami üzərinə çıxdı və çempion adını qazandı. Hidayət çempion olduqdan sonra mənim otağıma gəldi. Medalı mənə göstərək dedi ki, “bax, görürsən, istəsən hər şeyi bacara bilərsən. Sən də tatamiyə çıx və ən yaxşı bacardığın işi gör”. Bu sözlər mənə çox motivasiya verdi.
- Son vaxtlar stabilliyini qorumağı bacarırsan. Ardıcıl üçüncü dəfədir ki dünya çempionatının medalını qazanırsan. Bundan əlavə ötən il Avropa çempionu adını da qazandın. Stabilliyi necə qoruya bilirsən, bunun sirri nədədir?
- Bunun sirri yoxdur. Hər zaman ağlımda olan bu düşüncələrdir. Yatanda, yemək yenəndə, məşq edəndə, hətta indi sizə müsahibə verəndə belə bu barədə düşünürəm. Əsas odur ki, bir şeyi ürəkdən istəyəsən. Əgər nəyisə ürəkdən istəyirsənsə, gec və ya tez buna mütləq nail olacaqsan.
- Qələbə sayəsində reytinq cədvəlinin liderinə çevrildin. Yəqin ki, bu sənin üçün əlavə stimul olacaq?
- Çalışıram ki, reytinq barədə düşünməyim. Amma mən həm dünya, həm də Olimpiya reytinqində birinci pillədəyəm. Əgər reytinq cədvəli Olimpiya Oyunlarında qələbə qazanmağa kömək olsaydı, hamı çempion olardı. Cüdo elə idman növüdür ki, burada səhvlər bağışlanmır. Buna görə də, hər bir mübarizəyə son yarış kimi baxmaq lazımdır.
- İki aydan sonra Parisdə Olimpiya Oyunları təşkil olunacaq. Necə düşünürsən, dünya və Avropa çempionatlarında əldə etdiyin uğuru olimpiadada təkrarlamaq olacaqmı?
- Artıq Olimpiya Oyunlarına hazırlaşmağın vaxtıdır. Dünya çempionluğu mənim üçün bonus oldu. Hər zaman Avropa, dünya çempionatlarının və Olimpiya Oyunlarının qalibi olmaq istəmişəm. İlk iki yarışda çempion tituluna sahib çıxmışam. İndi əsas məqsədim Olimpiya Oyunlarında da bu uğuru təkrarlamaqdır.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
Bugün, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
Bugün, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
Bugün, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
Bugün, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
Bugün, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
Bugün, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
Bugün, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
Bugün, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
Bugün, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
Bugün, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
Bugün, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
Bugün, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
Bugün, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
Bugün, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
02.10.2026, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02.10.2026, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
02.10.2026, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
02.10.2026, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
02.10.2026, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri