UEFA Avropa Liqasının Liqa mərhələsinin oyunları davam edir. Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" turnirdə ilk oyununu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Londonda İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşacaq.
“Tottenhem Hotspur” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Fransadan olan baş hakim Villi Delajo idarə edəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi oktyabrın 3-də Bakıda İsveçin “Malmö” klubu ilə üz-üzə gələcək.