Paris-2024 Yay Paralimpiya Oyunlarında unudulmaz anlar
BOK
07.01.2025, 12:47
Fransanın paytaxtı Paris şəhəri 2024-cü ilin yayında Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməklə dünyanın bütün diqqətini öz üzərinə çəkməyi bacardı. Belə ki, Parisdə iyulun 26-dan avqustun 11-dək XXXIII Yay Olimpiya Oyunları, avqustun 28-dən sentyabrın 8-nə qədər isə XVII Yay Paralimpiya Oyunları keçirildi.
Oxucularına daim maraqlı məlumatları təqdim edən “Olimpiya dünyası” qəzeti budəfəki sayında Yay Paralimpiya Oyunlarında baş verən maraqlı və yaddaqalan məqamlara nəzər salacaq. 4400 ölkədən ümumilikdə 184 idmançının iştirak etdiyi yarışlarda rekordlar və bir çox unudulmaz anlar qeydə alınıb. Onlardan bəzilərini diqqətinizə çatdırırıq.
Gözlənilməz evlilik təklifi
Paralimpiya Oyunlarında idmanla yanaşı, romantik anlar da yaşanıb. Belə ki, italiyalı idmançı Alessandro Ossola, sevgilisi Arianne Mandradoniyə Stade France stadionunda 100 m məsafəyə qaçışdan sonra evlilik təklif edib. Xanım əvvəlcə 40 min tamaşaçı qarşısında aldığı təklifdən şoka düşərək, Alessandroya “sən dəli olmusan!” - deyərək heyrətini gizlədə bilməyib. Lakin daha sonra Arianne idmançının və tamaşaçıların gözlədiyi “razıyam!” cavabını verib.
Köpək balığının hücumuna məruz qalan idmançının qələbəsi
2023-cü ildə amerikalı Əli Travit bir dostu ilə Britaniyanın Terks və Kaykos adaları yaxınlığında okeanda üzərkən gözlənilmədən köpək balığı Əli Travitə hücum edib və sol ayağından dişləyib. Ə.Travit təxminən 70 metr qayığa doğru üzdükdən sonra təcili olaraq xəstəxanaya aparılıb. O, buradan təyyarə ilə ABŞ-a çatdırılıb. Lakin keçirdiyi üç əməliyyatdan sonra həkimlərin səylərinə baxmayaraq, onun sol ayağı amputasiyası edilib. O, suya qarşı olan sevgisini geri qaytararaq, evinin həyətindəki hovuzda məşq etməyə başlayıb və qorxusunu dəf edərək, özünə olan inamını bərpa edib. Əli Travit məhz burada Parisdə keçiriləcək Paralimpiya Oyunlarına aparan yeni bir yola başlayıb. Bütün maneələrə baxmayaraq, idmançı Oyunların üzgüçülük yarışlarında iki gümüş medal qazanaraq cəmi 48 saat ərzində iki Amerika rekordunu qırıb.
Görmə qüsurlu rekordçu
Mərakeşli Fatimə Ezzahra Əl İdrissi Paralimpiya Oyunlarının son günündə görmə qüsurlu atletlər arasında keçirilən qadın marafonunda dünya rekordunu qırıb. 29 yaşlı idmançı yarışı 2 saat 48 dəqiqə 36 saniyəyə başa vurub. Bununla da o, 2020-ci ildə Kofu şəhərində yaponiyalı Misato Miçişita tərəfindən qeydə alınan rekorddan 6 dəqiqə tez nəticə göstərərək yeni rekorda imza atıb. İdmançının həmyerlisi Məryəm En-Nurhi ondan cəmi 9 dəqiqə geri qalıb. Daha sonra finişə ispaniyalı Yelena Konqost çataraq, bürünc medala yiyələnib. Keçmiş rekordçu M.Miçişita isə qalibdən təxminən 15 dəqiqə geri qalaraq, 4-cü pillədə qərarlaşıb.
Ən gənc Paralimpiya çempionu
Yaponiyalı Tokito Oda kişilər arasında keçirilən tennis yarışlarında əlil arabası ilə Paralimpiya çempionu adını qazanan ən gənc idmançı olub. O, böyük britaniyalı Alfi Hyüetti 6:2, 4:6, 7:5 hesabı ilə məğlub edib. Qeyd edək ki, 18 yaşlı gənc idmançı 2024-cü ildə “Böyük Dəbilqə”nin iki turnirinin qalibi adını da qazanıb.
“Ümid edirəm ki, bir gün ölkəmdə sülh hökm sürəcək”
Əfqanıstanın ilk qadın taekvondoçusu Zəkiyə Xudaddu Parisdə qaçqınlardan ibarət yığma komandasının ilk paralimpiya medalını qazanaraq tarixə düşüb. Z.Hudaddu 47 kq çəki dərəcəsində türkiyəli Əkinci Nurcihanı məğlub edərək, bürünc medala layiq görülüb. O, Parisin final fiti səslənən zaman dəbilqəsini havaya atıb qışqıraraq sevincini biruzə verib. “Bu pillədə olmaq üçün uzun bir yoldan keçmişəm. Bu medalı Əfqanıstandakı bütün qadınlar və dünyadakı bütün qaçqınlara həsr edirəm. Ümid edirəm ki, bir gün ölkəmdə sülh hökm sürəcək”, - deyə Zəkiyə Xudaddu bildirib.
Velosiped yarışlarında yeni standart
27 yaşlı niderlandlı paravelosipedçi Karolina Qrot 2024-cü ildə Parisdə keçirilən Paralimpiya Oyunlarının ilk qızıl medalını əldə etməklə yanaşı, həmçinin C5 kateqoriyasında da dünya rekordunu qırmağa müvəffəq olub. O, yarışı 35,390 saniyədə başa vuraraq, fransalı velosipedçi Mari Patuye və kanadalı idmançı Keyt Obrayeni qabaqlayıb.
Qeyd edək ki, C1-C5 fiziki qüsurlu idmançılar üçün paravelosipedçilərin klassifikasiyasıdır. Bu, standart velosipeddən istifadə edə bilən lakin ayaq, qol və yaxud ümumi bədənin vəziyyətinə təsir edərək, funksionallıq ilə bağlı problemlər yarada bilər.
Hazırladı:
Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
Bugün, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
Bugün, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
Bugün, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
Bugün, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
Bugün, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
Bugün, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
Bugün, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
Bugün, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
Bugün, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
Bugün, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
Bugün, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
Bugün, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
Bugün, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
Bugün, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
02.10.2026, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02.10.2026, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
02.10.2026, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
02.10.2026, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
02.10.2026, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri