MOK-da Avropa Kəndirlə Mübarizə Federasiyasının nümayəndə heyəti ilə görüş olub
Olimpizm xəbərləri
11.03.2025, 14:41
Martın 11-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) nümayəndə heyəti ilə görüş olub. Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) prezidenti Ralf Brauninger, qurumun baş katibi Anders Andersson, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri Elnur Şıxəliyev iştirak ediblər. MOK-un Baş katibi Azər Əliyev ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər və qazanılan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. O, bildirib ki, Milli Olimpiya Komitəsi Avropa Kəndirlə Mübarizə Federasiyasına ölkəmizdə bu idmanın inkişafı üçün lazımi dəstək göstərməyə hazırdır. Səmimi görüşə görə təşəkkürünü bildirən Avropa Kəndirlə Mübarizə Federasiyasının prezidenti almaniyalı Ralf Brauninger ölkəmizə səfəri barədə danışıb. Ralf Brauninger səfər çərçivəsində kəndirlə mübarizə idman növünün inkişafı üçün bir sıra görüşlərdə iştirak etdiyini qeyd edib. O, martın 9-da Abşeron Olimpiya İdman Kompleksində idmançılar, məşqçilər və hakimlər üçün seminar keçirildiyini qeyd edərək öz təcrübəsini yerli idmançılarla bölüşdüyünü bildirib. Ralf Brauninger həmçinin, iyun ayında Bakıda kəndirlə mübarizə idman növü üzrə Beynəlxalq səviyyəli "Turan Kuboku"nun keçirəcəyini bildirib. Görüş zamanı Azərbaycanda kəndirdartma idman növünün inkişafı istiqamətində görülən işlər, Avropa Kəndirlə Mübarizə Federasiyası ilə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub. Görüşün sonunda xatirə şəkli çəkilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
Bugün, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş
-
“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib
18.08.2026, 19:08 Futbol
-
Üç güləşçimiz dünya çempionatının yarımfinalında
18.08.2026, 18:20 Güləş
-
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimləri bəlli olub
18.08.2026, 16:09 Voleybol
-
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
18.08.2026, 15:30 Cüdo
-
Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib
18.08.2026, 14:48 Voleybol
-
Niderlandlı futbolçu “Borussiya Dortmund”da
18.08.2026, 14:16 Futbol