Özbəkistanlı boksçular Bakıda Azərbaycan millisi ilə hazırlıq keçəcək

Özbəkistanlı boksçular Bakıda Azərbaycan millisi ilə hazırlıq keçəcək

Özbəkistanın yeniyetmə boksçuları Bakıya gəlib. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışına qatılacaq.

Özbəklər Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq. 

Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.