Balabəy Ağayev: "Növbəti hədəfim dünya çempionu olmaqdır”
BOK
05.05.2025, 16:04
“Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirinə hazırlıq prosesimiz yüksək səviyyədə idi. Özümü psixoloji olaraq çempionluğa hazırlayırdım. Bilirdim ki, bu asan olmayacaq. Həqiqətən də çətin görüşlər keçirdim və sevinirəm ki, bunu bacardım”. Bu sözləri Tacikistanın paytaxtı Düşənbədə təşkil olunan “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev “Olimpnews.az”-a müsahibəsində deyib. -60 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımız 1/4 finalda qarşılaşdığı Özbəkistan idmançısı ilə görüşdən də danışıb: “İkinci mərhələdə Özbəkistan idmançısı ilə üz-üzə gəldim. O, bu, il Daşkənddə təşkil olunan “Böyük Dəbilqə” yarışında mənə cərimə xalları ilə qalib gəlmişdi. Lakin bu dəfə daha yaxşı hazırlaşıb revanş götürdüm. Elə monqolustanlı idmançı da çox təcrübəli idi. Onunla görüş də asan keçmədi”. Növbəti hədəfinin dünya çempionatı olduğunu deyən cüdoçu yarışda iştirakla bağlı son qərarın məşqçilər heyəti tərəfindən veriləcəyini bildirib. "Gələn ay Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatı keçiriləcək. Növbəti hədəfim dünya çempionu olmaqdır. Amma bu barədə qərarı məşqçilərimiz verəcək. Bakıya qayıdıb məşqlərimizi davam etdirəcəyik. Dünya çempionu olmaq istəyirəm və bunun üçün əlimdən gələni edəcəyəm" Qeyd edək ki, Balabəy Ağayev Tacikistanın paytaxtı Düşənbədə təşkil olunan “Böyük Dəbilqə” turnirinin ilk günündə -60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol
-
Çempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
11.08.2026, 10:27 Futbol
-
Atletimiz Azərbaycan rekordunu yeniləyib
11.08.2026, 10:13 Atletika
-
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
10.08.2026, 20:46 Cüdo
-
"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
10.08.2026, 20:09 Güləş
-
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
10.08.2026, 19:16 Güləş
-
Azərbaycan komandası U-19 Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
10.08.2026, 17:18 Boks
-
"Zirvəni fəth et"
10.08.2026, 12:48 Olimpiya dünyası