Tennisçilərimiz Avropa Tennis turnirində mübarizə aparırlar 

Tennisçilərimiz Avropa Tennis turnirində mübarizə aparırlar 

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa Tennis turnirlərində 14-16 yaşlı idmançıların mübarizəsinə start verilib.

"Olimpnews.az" xəvər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışda 13 ölkədən 14 yaş qrupunda 58, 16 yaş qrupunda isə 39 oğlan və qız tennisçi iştirak edir. Yerli idmançılarımızdan Raul Məlikov, Mikayıl Feyzullayev, Nazim Məlikov, qızlardan isə Mədinə Qurbanova, Ayşən Kərimli və Cahan İsmayılova qalib adı uğrunda mübarizə aparır. Bu yaş kateqoriyasında yarışa mayın 10-da yekun vurulacaq.