Çempionun cəzası bu gün başa çatıb

Çempionun cəzası bu gün başa çatıb

Tennis üzrə üçqat "Böyük Dəbilqə" turnirinin italiyalı qalibi Yannik Sinner artıq diskvalifikasiya olunmuş idmançı sayılmır. 

"Olimpnews.az" xəbər verir ki, mayın 5-də onun antidopinq qaydalarını pozduğuna görə cəzası rəsmi olaraq başa çatıb. Bu həftə Sinner üç aylıq fasilədən sonra ilk turnirinə çıxacaq. Belə ki, mayın 7-də o, Roma Masters turnirində iştirak edəcək.