Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Toni Kross "Barselona"nın gənc futbolçusu Pedrinin ünvanına təriflər yağdırıb.
35 yaşlı futbolçu gənc həmkarını meydanda əvəzolunmaz hesab edərək mövqeyinin ən yaxşısı adlandırıb:
"Mənim gözümdə Pedri hazırda mövqeyinin ən yaxşısıdır. O, ümumilikdə elə bir oyunçudur ki, rəqibin kim olursa-olsun, onun yoxluğu hər zaman hiss olunur. O, təkcə qol vurmur və ya məhsuldar ötürmə etmir. O, sənə meydanda problemin həll yolunu verir. Onun bu mövsüm etdiklərinə baxdım, məsələn Çempionlar Liqasında oyun ərzində 52 dəfə rəqibini zərərsizləşdirir. La Ligada isə daha da çoxunu edir, bir oyunda 59 dəfə rəqibini zərərsizləşdirir. O, oyun ərzində ortalama 11-12 dəfə müdafiə xəttini yarır, bu isə yarımmüdafiəçi üçün ən çətin işdir. O, ən yaxşıdır və onun kimi oyunçuya ehtiyacınız varsa, mütləq bunun fərqinə varacaqsınız".
Qeyd edək ki, Toni Kross 2014-2024-cu illərdə Madrid "Real"nın heyətində çıxış edib.
Toni Krossdan "Barselona"nın gənc futbolçusuna xoş sözlər
