SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi
BOK
16.05.2025, 15:49
Milli Məclis kursantların vəzifələri, eləcə də gizirlər, miçmanlar, zabitlərin hüquqları haqqında bir sıra dəyişiklikləri son oxunuşda qəbul edib. Bununla bağlı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb. Qeyd edilib ki, layihəyə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək. Bununla da, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Belə ki, kursantlar normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirəcəklər. Bununla bərabər, qanuna əlavə edilməsi nəzərdə tutulan 48-1-ci maddəyə görə, “Kursant” hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən veriləcək. Həmin maddədə bildirilib ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər “kursant” hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirə biləcəklər. Qanun layihəsində o da vurğulanıb ki, normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda “kursant” hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın yaş hədlərinə uyğun hesablanır. Digər bir dəyişikliklə nəzərdə tutulub ki, gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiqinə dair normalar ləğv olunur. Belə ki, hazırda qüvvədə olan qanuna əsasən, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər. Belə hallarda kiçik zabitləri generalların və admiralların, gizirləri və miçmanları generalların, admiralların və baş zabitlərin, əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır. Layihəyə əsasən, gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu siyahıdan çıxarılır, həbs edilməyəcəklər. Başqa sözlə, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə biləcək. Belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları olacaq. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul olunub
Bugün, 13:19 Futbol
-
Millimiz Dünya Kubokunda altıncı oldu
Bugün, 11:32 Olimpiya dünyası
-
Pəhləvanlarımız qitə birinciliyini 10 medalla başa vurdular
Bugün, 09:27 Gündəm
-
Azərbaycan millisinin növbəti rəqibi bəlli olub
23.05.2026, 18:51 Futbol
-
Media nümayəndələri Şamaxıda güləş zalı və məşq prosesi ilə tanış olublar
23.05.2026, 13:19 Güləş
-
Beynəlxalq güləş qaydaları kitabının təqdimatı olub
23.05.2026, 12:35 Güləş
-
Beynəlxalq Güləş Günündə Şamaxıda media üçün seminar keçirilib
23.05.2026, 12:16 Güləş
-
Misli Premyer Liqasında sonuncu turun daha iki oyunu keçiriləcək
23.05.2026, 10:02 Futbol
-
"Barselona"nın əfsanəsi məşqçiliyə başlayır
23.05.2026, 09:35 Futbol
-
23 May - Beynəlxalq Güləş Günüdür
23.05.2026, 09:08 Güləş
-
Modriç gələcəyi barədə danışdı
23.05.2026, 08:47 Futbol
-
"Lans"dan tarixi zəfər
23.05.2026, 08:30 Futbol
-
"Judo Club 2012"dən növbəti uğur
23.05.2026, 08:06 Cüdo
-
"Trabzonspor" 10-cu dəfə Türkiyə Kubokunun qalibi oldu
23.05.2026, 01:28 Futbol
-
Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu
22.05.2026, 22:32 Güləş
-
İki guləşçimiz Avropa çempionatının finalında
22.05.2026, 22:22 Güləş
-
"Qarabağ" mövsümə qələbə ilə yekun vurdu
22.05.2026, 21:33 Futbol
-
Kamandan oxatma üzrə ölkə birinciliyi keçiriləcək
22.05.2026, 15:45 Olimpiya dünyası
-
AŞF-nin yeni loqosu təqdim edilib
22.05.2026, 15:36 Şahmat
-
Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi yekunlaşdı
22.05.2026, 15:09 Olimpiya dünyası
-
Bakıda "SPLASH for Swimmable Cities" tədbiri keçirilib
22.05.2026, 13:00 Olimpiya dünyası
-
Azərbaycan Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib
22.05.2026, 12:29 Şahmat
-
Parakarateçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
22.05.2026, 11:09 Olimpiya dünyası
-
Olimpiya çempionları yeniyetmə və gənc güləşçilərlə görüşüblər
21.05.2026, 15:44 Olimpiya dünyası
-
Misli Premyer Liqasında sonuncu tura start verilir
21.05.2026, 10:06 Futbol
-
Azərbaycan stolüstü tennisçisi rəsmən Dünya rekordçusudur
20.05.2026, 20:22 Gündəm
-
ATF-nin iki nümayəndəsinə Avropa Taekvondo Birliyində vəzifə verilib
20.05.2026, 16:17 Taekvondo
-
Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər
20.05.2026, 14:13 Şahmat
-
Stolüstü tennisçilər Tacikistana yollanıblar
20.05.2026, 12:22 Tennis
-
Elgün Əlizadə məşqçilik kursunu uğurla başa vurub
20.05.2026, 11:54 Velosiped
-
“Zirvəyə doğru – Qazax 2026”
20.05.2026, 11:22 Olimpiya dünyası
-
Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək
20.05.2026, 10:06 Futbol
-
"Judo Club 2012" 9 medalla birinci oldu
20.05.2026, 09:41 Cüdo
-
"Arsenal" 22 il sonra Premyer Liqa çempionu oldu
20.05.2026, 01:22 Futbol