Minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II tura start verilir

Minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II tura start verilir

BOK

23.05.2025, 11:07

Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək.

Milli Gimnastika Arenasında keçirilən yarışların üçüncü günündə daha 8 qarşılaşma təşkil olunacaq.

A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi təmsilçimiz ilk görüşdə Bəhreylə heç-heçəyə (1:1) razılaşıb.

C qrupunda mübarizə aparan Türkiyə yığması isə Ukraynanı sınağa çəkəcək.

Dünya çempionatı

Qrup mərhələsi

II tur

23 may

A qrupu

12:45. Mavritaniya - Bəhreyn 20:45. Sloveniya - Azərbaycan

B qrupu

14:00. Fransa - Özbəkistan 16:30. Çad - Rumıniya

C qrupu

15:15. İngiltərə - Macarıstan 19:30. Ukrayna - Türkiyə

D qrupu

18:15. Bolqarıstan - Hindistan 22:00. Portuqaliya - Slovakiya

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR