Rusiyanın Belebey şəhərində məktəbli boksçular arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş turnir keçirilib.
Beynəlxalq yarışda Azərbaycan millisi də mübarizə aparıb.
Yığmamız turniri 8 qızıl medalla başa vurub. Komandanın heyətində Onur Qurbanov (38 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq) və Yusif Ağakişiyev (80 kq) qalib adına layiq görülüb.