Bu gün daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Bu gün daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Olimpnews.az xəbər verir ki, fərdi yarışların beşinci günündə komandamızın daha iki cüdoçusu tatami üzərinə çıxacaq.

Millimizin üzvləri  Vüqar Talıbov və Elcan Hacıyev -90 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Avropa çempionumuz Elcan Hacıyev mübarizəyə 1/16 finaldan başlayacaq. Cüdoçumuzun ilk rəqibi Nurbek Murtuzoev (Özbəkistan) - Remi Feullet (Mavriki) görüşünün qalibi olacaq.

Yığmamızın digər üzvü Vüqar Talıbov isə çempionata 1/32 final mərhələsindən qoşulacaq. Onun ilk rəqibi gürcüstanlı Luka Maysuradze olacaq.

Qeyd edək ki, komandamızın aktivində hazırda bir bürünc medal var. Yeganə medalı ölkəmizə -81 kq çəki dərəcəsində qüvvəsini sınayan Zelim Tçkayev qazandırıb. Dünya çempionatının fərdi yarışlarına iyunun 19-da yekun vurulacaq.

Bu gün daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır