Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında mübarizə aparan daha bir cüdoçumuz çıxışını başa vurub.
Olimpnews.az xəbər verir ki, çempionatın beşinci günündə tatamiyə ilk olaraq Vüqar Talıbov çıxıb. -90 kq çəkidə qüvvəsini sınayan idmançımız mübarizəyə 1/32 finaldan başlayıb. Təəssüf ki, 21 yaşlı cüdoçumuz ilk mərhələ səddini keçə bilməyib. O, gürcüstanlı Luka Maysuradzeyə uduzaraq çempionatla erkən vidalaşıb.
Bu gün həmçinin daha bir cüdoçumuz Elcan Hacıyev -90 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq. İlk mərhələdən azad olan cüdoçumuz 1/16 finalda özbəkistanlı Nurbek Murtuzoyevlə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatında komandamızın aktivində hazıra 1 bürünc medal var. Yeganə medalı ölkəmizə Zelim Tçkayev (-81 kq) qazandırıb.
Daha bir cüdoçumuz dünya çempionatı ilə erkən vidalaşdı
