İsrailin qızlardan ibarət bədii gimnastika komandası yeniyetmələr arasında keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Olimpnews.az xəbər verir ki, bu barədə İsrail Gimnastika Federasiyasının (IGF) mətbuat xidməti məlumat yayıb.
Yarış iyunun 18-dən 22-nə qədər Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq.
Məlumat üçün bildirək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və raket proqramlarına zərər vurmaq məqsədi daşıyan xüsusi əməliyyata başlayıb. Bu səbəbdən ölkədə fövqəladə vəziyyət olunub.