Bu gün daha 7 cüdoçumuz Avropa birinciliyində mübarizəyə başlayır 

Bu gün daha 7 cüdoçumuz Avropa birinciliyində mübarizəyə başlayır 

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. 
Olimpnews.az xəbər verir ki, qitə yarışının ikinci günündə daha 5 çəki dərəcəsi üzrə 7 cüdoçumuz tatami üzərinə çıxacaq. 
Qızların yarışında üç çəki dərəcəsində dörd cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. 
Təmsilçilərimizdən Nuranə Hacızadə -(-52 kq) 1/16 finalda Bosniya və Herseqovina təmsilçisi Mia Şimiçlə qarşılaşacaq. Bu çəki dərəcəsində növbəti təmsilçimiz Aysun Məmmədova isə mübarizəyə 1/8 finaldan başlayacaq. Cüdoçumuzun ilk rəqibi portuqaliyalı Sofia Qaspar olacaq. Komandamızın digər üzvü Səmayə Yusifli (-57 kq) isə 1/16 finalda türkiyəli Elif Kılıçla qüvvəsini sınayacaq.  
Çəkisi -63 kq olan cüdoçuların mübarizəsində təmsil olunan digər idmançımız Ayan Əliyeva 1/16 finalda fransalı Kloe Yanla qarşılaşacaq. 
Oğlanların mübarizəsində isə üç çəki dərəcəsində üç idmançımız tatami üzərinə çıxacaq.
1/16 finalda Əli Hümbətov (-66 kq) almaniyalı Alihan Naqimulinlə qarşılaşacaq. 
-73 kq çəki dərəcəsində iki cüdoçumuz mübarizə aparacaq. 1/16 finalda Səid Şərifov Aleksandr Aleynikovla (Belarus), Ayxan Həsənli isə Luka Qiqilaşvili (Böyük Britaniya) ilə üz-üzə gələcək. 
Təsnifat mərhələsinin ilk görüşləri saat 11-də, final bloku isə 18:00-da başlayacaq. 

Bu gün daha 7 cüdoçumuz Avropa birinciliyində mübarizəyə başlayır