Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu klublararası dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, Simone İnzaqinin komandası H qrupunun üçüncü turunda Meksikanın "Paçuka" klubuna 2:0 hesabı ilə qalib gələrək bu hüquqa yiyələnib. Simone İnzaqinin komandasının heyətində 22-ci dəqiqədə Salem Al-Davsari və 90+5-ci dəqiqədə Markos Leanardo fərqlənib. Bu nəticədən sonra "Əl-Hilal" klubu 5 xalla qrup ikincisi kimi pley-offa yüksəlib. Keçirdiyi hər üç oyunda məğlub olan "Paçuka" isə qrupu sonuncu pillədə başa vurub.
Klublararası dünya çempionatının qrup mərhələsinə yekun vuruldu
