Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində gənclər arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçiriləcək yarışda ölkəmiz 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunacaq.
Komandamızın heyətində oğlanlar arasında Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq),Mehdi Cəfərov, Əbil Yusubov, Nihad Yəhyayev, Abdurrahman Səbzəliyev (hamısı 73 kq), Cəsur İbadlı, Süleyman Şükürov, Mehdi Abbasov (hamısı 81 kq), Əli Qaziməmmədov, Tuncay Şamil, Aslan Kotsoyev (hamısı 90 kq), Davud Namazlı (100 kq), Eldar Əliyev və Ramazan Əhmədov (hər ikisi +100 kq) tatami üzərinə çıxacaq.
Qeyd edək ki, turnirdə 37 ölkədən 618 idmançı (372 oğlan, 246 qız) qüvvəsini sınayacaq.
Gənc cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
jpeg-1750405562.jpeg)