Klublararası dünya cempionatı: "Əl-Ayn" və "Vidad" turnirlə vidalaşdı 

Klublararası dünya cempionatı: "Əl-Ayn" və "Vidad" turnirlə vidalaşdı 

Futbol üzrə klublararası dünya çempionatında G qrupunun oyunlarına yekun vurulub. 
Olimpnews.az xəbər verir ki, qrupun digər oyununda Birləşmiş Ərəb Əmirliklərinin "Əl Ayn" klubu Mərakeşin "Vidad" komandası ilə qarşılaşıb. Ərəb ölkələrinin mübarizəsində "Əl-Ayn" klubu minimal hesablı qələbəyə sevinib -1:2. Lakin bu qələbə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinin növbəti mərhələyə yüksəlməsi üçün kifayət etməyib. 
Belə ki, qrupu üç xalla üçüncü pillədə başa vuran "Əl-Ayn" mübarizəni dayandırıb. Bütün görüşləri məğlubiyyətlə başa vuran "Vidad" isə qrup sonuncusu olub. 
Bu qrupda 1/8 finala "Mançester Siti" və "Yuventus" klubları vəsiqə qazanıb