Cüdoçumuz Praqada gümüş medal qazandı 

Cüdoçumuz Praqada gümüş medal qazandı 

İyulun 5-6-da Çexiyanın paytaxtı Praqada cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri keçirilib. 32 ölkədən 428 (271 oğlan, 157 qız) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları qüvvələrini sınayıblar. Yarışda 22 (14 oğlan, 8 qız) idmançı ilə təmsil olunan komandamız cəmi bir gümüş medalla kifayətlənib. Komandamıza yeganə medalı yarışın sonuncu günündə tatami üzərinə çıxan Davud Namazlı qazandırıb. -100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz gümüş medala layiq görülüb.