İdmançılarımız Skopye 2025-də hansı arenalarda yarışacaqlar?

İdmançılarımız Skopye 2025-də hansı arenalarda yarışacaqlar?

Olimpizm xəbərləri

11.07.2025, 17:53

İyulun 20-26-da Şimali Makedoniya və Xorvaiyada XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək.  Olimpnews.az xəbər verir ki, 4 mindən çox idmançının bir araya gələcəyi budəfəki yarışlar əvvəlkilərdən fərqli olaraq iki ölkədə və üç şəhərdə təşkil olunacaq. Belə ki, yarışların böyük qismi (atletika, üzgüçülük, badminton, stolüstü tennis, taekvondo, atıcılıq və cüdo) Şimali Makednoniyanın Skopye, dağ velosipedi və şose velosipedi üzrə yarışlar isə Kumanovo şəhərində keçiriləcək. Yalnız idman gimnastları digər ölkədə - Xorvatiyanın Osiek şəhərində mübarizə aparacaqlar. Sayca 18-ci dəfə təşkil olunacaq yarışda Azərbaycan komandası 10 idman növündə - atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.  Olimpnews.az saytı olaraq budəfəki yazımızda idmançılarımızın Skopye-2025-də çıxış edəcəkləri idman növləri və həmin yarışların keçiriləcəyi arenaları oxuculara təqdim edirik.

Atetika - Todor Proeski milli stadionu Üzgüçülük - “Centar” Olimpiya üzgüçülük hovuzu Cüdo - Yan Sandanski İdman Mərkəzi  Taekvondo - Skopye Bədən Tərbiyəsi Universiteti Stolüstü tennis - Partizan idman zalı Atıcılıq - Partizan idman zalı   Badminton - Nevana Georgieva - Dunya adına ibtidai məktəb Dağ velosipedi - Kumanovo Dağ velosipedi qurğusu  Şose velosipedi - Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı İdman gimnastikası - "Qradski Vrt” yarış zalı

Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində keçiriləcək.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR