Şimali Makedoniyada təşkil olunacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək taekvondoçular müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, taekvondo millimiz yarışda gənclərdən ibarət yığmanın məşqçiləri Rəşad Məmmədov və Fəridə Əzizovanın rəhbərliyi altında 8 (5 oğlan, 3 qız) idmançı ilə təmsil olunacaq. Oğlanların mübarizəsində Mehdi Budaqlı (48 kq), Aydın Süleymanov (55 kq), Ziya Həsənli (63 kq), Yunis Hüseynov (73 kq) və Elcan Əliyev (+80 kq) dayanq üzərinə çıxacaq. Qızların mübarizəsində isə komandamızın heyətində Xuraman Cavadzadə (44 kq), Humay Dadaşova (49 kq) və Sehri Cəlalova (55 kq) yer alıb.
Qeyd edək ki, EYOF-2025-in taekvondo yarışları iyulun 23-25-də Skopye Bədən Tərbiyəsi Universitetində keçiriləcək.
Skopye-2025-də iştirak edəcək taekvondoçularımız müəyyənləşdi
