Minifutbol üzrə Azərbaycan millisinin oyun proqramı açıqlanıb 

Minifutbol üzrə Azərbaycan millisinin oyun proqramı açıqlanıb 

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub.

Elşad Quliyevin baş məşqçisi olduğu yığma F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək.

Qarşılaşma mayın 28-də, yerli vaxtla saat 13:30-da start götürəcək.

Azərbaycan komandası mayın 29-da, saat 15:45-də İtaliya ilə, 30-da, saat 13:15-də isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.