FİFA gələn il keçiriləcək futbol üzrə dünya çempionatında video köməkçi hakimlərinin səlahiyyətlərini genişləndirə bilər.
Olimpnews.az “The Times” qəzetinə istinadən xəbər verir ki, VAR-ın künc zərbələrinin təyin edilməsi və oyunçunun ikinci sarı vərəqə ilə cəzalandırıldığı epizodların yenidən da nəzərdən keçirilməsini palanlaşdırılır. Bundan başqa cərimə zərbələrinə də düzəlişlər müzakirə olunur.
Xatırladaq ki, qurumun iclasları ənənəvi olaraq may və ya iyunun əvvəlində keçirildiyindən avrokuboklarda və Avropa çempionatlarında start mövsümü bu dəyişikliklər olmadan keçiriləcək.