Skopye-2025 çərçivəsində keçirilən cüdo yarışlarının ikinci gününə start verilib.
Olimpnews.az xəbər verir ki, bu gün komandamızın üzvü, Avropa çempionumuz Zeyd Ələsgərov ilk görüşünə çıxıb. Mübarizəyə 1/8 final mərhələsindən başlayan cüdoçumuz italiyalı rəqibinə ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün daha iki cüdoçumuz tatami üzərinə çıxacaq.
Skopye-2025: Avropa çempionumuzdan uğurlu başlanğıc





