*Arsenal"dan ayrılan futbolçu "Vilyareal"a keçdi 

*Arsenal"dan ayrılan futbolçu "Vilyareal"a keçdi 

İspaniyanın "Vilyareal" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 
Olimpnews.az xəbər verir ki, "sarı sualtı qayıq" "Arsenal"ın futbolcusu  Tomas Parteyi heyətinə cəlb edib. 
Qanalı futbolçu yeni klubuna azad agent kimi qoşulub. 
32 yaşlı futbolçu daha əvvəl "Atletiko Madrid", "Almerya" klublarında forma geyinib. 2020-ci ildən bu mövsümün sonuna qədər "Arsenal"da çıxış edən Partey London klubunun heyətində 167 oyunda forma geyinib və 9 qolla yadda qalıb.