İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal "Qızıl top" mükafatı barədə fikirlərini bildirib.
Olimpnews.az xəbər verir ki, futbolçu 18 yaşında belə bir mükafata namizəd olduğu üçün qürur duyduğunu qeyd edib.
“Hər bir futbolçu bu nailiyyəti qazanmaq istəyir. Əgər hansısa oyunçu "Qızıl top" qazanmaq istəmədiyini söyləyirsə, yalan danışır. 18 yaşında bu mövzularda adımın çəkilməsi isə olduqca dəyərlidir. Ümid edirəm ki, gerçəkləşər", - deyə Lamin Yamal qeyd edib.
Lamin Yamal "Qızıl top" mükafatı barədə danışdı
